Dünya

İrəvanda kimsəsiz gənclər aclıq aksiyası keçirirlər - VİDEO

14 Sentyabr 2018 12:15
5 Şərh     Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvanda hökumət binası qarşısında etiraza qalxan internat evinin sakinləri aclıq aksiyasına başlayıblar.

Milli.Az azvision.az-a istinadən bildirir ki, etirazçı gənclər dövlət tərəfindən onlara verilən mənzillərin başqa şəxslərə satıldığını bildiriblər. Onların dediyinə görə, indiyədək müxtəlif qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

"18 il uşaq evində yaşayıb, sonra hərbi xidmətə getmişik. Hərbi xidmətdən gələndən sonra çöldə qalmışıq. Qalmağa yerimiz yoxdur. Dəfələrlə müraciət etsək də, dövlət qurumları şikayətimizə baxmır", - Davit Amoyan adlı kimsəsiz gənc vurğulayıb.

Etirazçılar problem həll olunana kimi aclıq aksiyasını davam etdirəcəklərini bəyan ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.