Dünya

"Sıçovul qızdırması" yenidən yayıldı

14 Sentyabr 2018 09:45
0 Şərh     Baxış: 1 130

Hindistanda yenə leptopspiroz infeksion xəstəliyi baş qaldırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar artıq Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarına xəbərdarlıq edib.

Qeyd edək ki, Hindistanda "sıçovul qızdırması" adlandırılan bu xəstəlik ölkənin cənub-qərbindəki Kerala ştatında insanların su ilə yoluxması səbəbindən yayılıb. Bu bölgədə musson yağışlarının yaratdığı daşqınlar xəstəliyin su yolu ilə yayılması hallarını daha da artırıb.

Məlumata görə, 1 avqust-3 sentyabr tarixləri arasında leptospirozdan təxminən 40 nəfər ölüb, daha 200 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.