Dünya

Suriyadan Moskvaya uçan təyyarənin kapitanı havada infarkt keçirib

13 Sentyabr 2018 20:58
0 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın "Vnukovo" hava limanına yaxınlaşmaqda olan Suriya aviaşirkətinə məxsus "Airbus" sərnişin təyyarəsinin kapitanı miokard infarktı keçirib. Bununla bağlı təyyarə heyəti yerə SOS siqnalı yollayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, ikinci pilot təyyarəni özünün yerə endirəcəyi ilə bağlı məlumat verdikdən sonra hava gəmisinin ehtiyat aerodromda deyil, elə "Vnukovo"da enişi barədə qərar qəbul edilib.

Eniş normal şəraitdə həyata keçirilib, sərnişinlər arasında xəsarət alan yoxdur. Təyyarənin kapitanı miokard infarktı diaqnozu ilə Moskva xəstəxanalarından birinə çatdırılıb.

Qeyd edək ki, Suriyadan Rusiya paytaxtına aviareyslər Azərbaycanın hava məkanı vasitəsilə həyata keçirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.