Dünya

ABŞ-dan Şimali Koreyaya görə Rusiya və Çinə yeni sanksiyalar: 2 şirkət "qara siyahı”ya salındı

13 Sentyabr 2018 20:20
0 Şərh     Baxış: 516

ABŞ hökuməti Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Şimali Koreya ilə əlaqələrinə görə, Rusiyanın "Volasys Silver Star" və Çinin "Yanbiyan Silver Star Network Technology" şirkətləri "qara siyahı"ya salınıb.

Adıçəkilən şirkətlərin ABŞ ərazisində ola biləcək hər cür əmlakına həbs qoyulub, onlar maliyyə əməliyyatlarında iştirak edə bilməzlər.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.