Dünya

"Turist kimi getmişdik" - "Skripal işi"ndə şübhəlilər ilk dəfə müsahibə verdilər

13 Sentyabr 2018 20:04
0 Şərh     Baxış: 700

Böyük Britaniya rəsmi qurumları tərəfindən Solsberidəki zəhərlənmə hadisəsində şübhəli bilinən Rusiya vətəndaşları Aleksandr Petrov və Ruslan Boşirov ilk dəfə müsahibə veriblər.

Milli.Az Report-a istinadən xəbər verir ki, onlar daha əvvəl Skripallar barədə xəbərsiz olduqlarını bildiriblər.

Hər iki şəxs, polisin iddia etdiyi kimi, içində zəhərli maddə olan ətir qabı gətirmədiklərini, əgər belə olsaydı, sərhəddə gömrük və polis əməkdaşlarının diqqətini cəlb edə biləcəklərini vurğulayıb. Onlar, həmçinin Böyük Britaniyaya işgüzar məqsədlə və turist kimi getdiklərini söyləyiblər.

Qeyd edək ki, bu ilin mart ayında Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızını zəhərləyiblər. Böyük Britaniyada bu hadisə Rusiya tərəfindən həyata keçirilən sui-qəsd kimi dəyərləndirilib. Sentyabrın 5-də isə yerli prokurorluq hadisədə Petrov və Boşirovun şübhəli bilindiklərini açıqlayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.