Dünya

Rusiyalı nazir: "Neftin qiyməti real dəyərindən 5-6 dollar çoxdur"

13 Sentyabr 2018 19:12
0 Şərh     Baxış: 642

"Qlobal ticarət müharibələri və ABŞ-ın İrana qarşı sanksiyaları dünya bazarında neftin 1 barelinin qiymətini real dəyərindən 5-6 dollar artıq səviyyədə saxlayır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Aleksandr Novak deyib. 

"Neftin qiyməti real dəyərindən 5-6 dollar çoxdur. Bu isə təkcə tələb-təklif balansı ilə bağlı deyil", - deyə o qeyd edib. 

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) bu il Rusiyada neft hasilatının gündəlik həcminin orta hesabla 11,15 mln. barrel təşkil edəcəyini proqnozlaşadırır. Təşkilatın hesabatına əsasən, sözügedən göstərici bu ilin III rübündə 11,3 mln. barrel, IV rübündə isə 10,98 mln. barrel təşkil edəcək. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.