Dünya

Yaponiyada siqaret çəkənlərin sayı ən aşağı həddə enib

14 Sentyabr 2018 07:14
0 Şərh     Baxış: 596

Yaponiya Səhiyyə Nazirliyinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə siqaret çəkənlərin sayı ən aşağı həddə enib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazirlik 20 yaşdan yuxarı təqribən 6500 nəfər kişi və qadın arasında siqaret çəkmək vərdişi barədə sorğu aparıb.

Kişi respondentlərin 29,4 faizi bildirib ki, onlar müntəzəm şəkildə siqaretdən istifadə edirlər. 1986-cı ildən bəri bu sorğunun aparıldığı müddətdə ilk dəfə onların sayı 30 faizdən aşağı düşüb.

Qadınların isə yalnız 7,2 faizi daim siqaret çəkdiklərini deyiblər. Ümumi nəticədə hər iki cinsdən olan siqaret çəkən yaponların sayı ən aşağı rekord göstəriciyə - 17,7 faizə bərabər olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.