Dünya

Macarlar 40 yaşında pensiyaya çıxmaq barədə fikirləşməyə başlayırlar

14 Sentyabr 2018 07:00
1 Şərh     Baxış: 1 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanın "OTP Nyugdíjpénztár" pensiya fondunun apardığı tədqiqat nəticəsində məlum olub ki, gənc macarlar pensiyaya çıxmaq üçün pul toplamağın zəruri olmasını başa düşürlər, lakin ən azı 40 yaşa çatana qədər müvafiq hərəkətlər etmirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda 1000 respondent iştirak edib. Məlum olub ki, gənc macarların təqribən yarısının (47 faizinin) fikrincə, onlar hələ 25 yaşa çatana qədər pul yığmağa başlamalıdırlar. Bununla bərabər, "Világgazdaság" qəzetinin yazdığına görə, "OTP Nyugdíjpénztár" fonduna qoşulanların əksəriyyətinin yaşı 40-a yaxındır.

Respondentlərin 70 faizi bildirib ki, onlar pensiyaya çıxandan sonra maliyyə vəziyyətlərinin sabit olması üçün ideal halda 18 yaşdan 35 yaşa qədər qənaət etməyə başlamalıdırlar. Doğrudur, bu respondentlər müvafiq qaydada hərəkət etmirlər, buna baxmayaraq, tədqiqat göstərir ki, mentalitetdə müsbət irəliləyiş başlanıb.

1980-ci illərdə və 1990-cı illərin əvvəlində doğulmuş gənc macarların fikrincə, onlar 25 yaşa çatana qədər qənaət etməyə başlamalıdırlar. Belə respondentlərin sayı Macarıstanın ümumi aktiv əhalisinin verdiyi cavablarla müqayisədə təqribən 20 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.