Dünya

Almanlar 60 milyard avro itiriblər

14 Sentyabr 2018 03:30
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Süddeutsche Zeitung" qəzeti Bundestaqdakı "İttifaq-90"/ "yaşıllar" fraksiyasının sorğusuna AFR hökumətinin cavabına istinadla bildirir ki, maliyyə böhranı Almaniya vergiödəyicilərinə onlarca milyard avroya başa gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, AFR hökumətinin məlumatına görə, 2017-ci ilin sonuna qədər dövlət büdcəsinin xərcləri 59 milyard avroya bərabər olub. Bu məbləğə zəmanətlər verilməsi, borclar və kapital qoyuluşları daxildir. Lakin göstərilən məbləğ təqribidir, çünki maliyyə yardımı göstərilməsi prosesi hələ başa çatmayıb. Yeni məlumatlar onu göstərir ki, dövlətin xərcləri 68 milyard avrodan çox ola bilər.

Bundestaqdakı "yaşıllar" parlament fraksiyasının maliyyə məsələləri üzrə eksperti Herhard Şikin sözlərinə görə, "Almaniyada maliyyə böhranı hələ başa çatmayıb". Şik bildirir ki, "dörd nəfərdən ibarət ailə müflisləşmiş bankların xilas edilməsi üçün 3 min avrodan çox ödəyib". Ekspertin fikrincə, buraya bank böhranının dolayı xərclərini də, o cümlədən "sıfır faiz dərəcəsi" siyasətinin nəticələrini də əlavə etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.