Dünya

Ərindən şübhələndi, evə kamera qoydu - Gördüklərindən ŞOKA DÜŞDÜ - FOTO

13 Sentyabr 2018 14:10
2 Şərh     Baxış: 17 010

Türkiyənin Bursa vilayətində qız övladlarına cinsi təcavüz etdiyini bildiyi üçün arvadı Emine Keskinin boğazını kəsib, öldürdüyü iddia edilən Ahmet Keskinin məhkəməsi başlayıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qətl olayıyla bağlı son prosesdə Emine Keskinin öldürülməmişdən öncə bacısı ilə telefon danışıqlarına aid səs yazıları ortaya çıxıb. Səs yazılarında Emine Keskinin evə gizli kamera yerləşdirdiyi və Ahmet Keskinin bunu hiss etdiyi detalı diqqət çəkib.

İddiaya görə, qızlarını zorlayan Ahmet Keskin bunu öyrənən və sübuta yetirmək istəyən arvadı Emine Keskini maşınla gəzdikləri zaman boğazını kəsərək öldürüb.

"İKİ İLDİR SƏNƏ XƏYANƏT EDİRƏM"

Ahmet Keskin isə prosesdə özünü belə müdafiə edib:

"Sən dünən gecə belə məndən harada olduğumu soruşa bilməzsən, iki ildir səni aldadıram. Nə oldu, mənimi öldürəcəksən? Sən toyuq belə kəsə bilmirsən" dedi. Uşaqların məndən olmadığını söyləyincə, fikirlərim qarışdı. Sonra olan oldu. Mən belə bir şeyə əsla cəsarət edə bilməzdim, peşmanam".

Arvadının ona xəyanət etdiyini iddia edən Keskinin tələbi ilə 4 uşağından da DNT testi götürülüb. Son prosesdə DNT testinin nəticələri hazır olub, məhkəməyə çatdırıla bilinmədiyi üçün proses təxirə salınıb.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sumqayıtlı qız · 13 Sentyabr 15:42112

    Kül kişi başına.Səni tikə-tikə doğramaq lazımdır.

    Cavab yaz
  • Anonim
    d · 14 Sentyabr 12:2710

    biqeyret belesine deyirler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.