Dünya

Arvadını hamamda sevgilisi ilə tutdu - O kişini biz tərəfdə tez-tez görürdüm - FOTO

13 Sentyabr 2018 10:16
6 Şərh     Baxış: 15 929

Türkiyənin Zonguldak rayonunun Ereğli qəsəbəsində arvadını evdə bir başqasıyla yaxaladıqdan sonra onu döyən Soner U.-nun polisə verdiyi ifadəsi yayılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Soner "Bayram məni görüncə əlimə doğru təpik atdı və sağ çeçələ barmağım çox ağrıdı. Mən də taxta parçası ilə özümü qorudum" deyib.

Soner U. ifadəsində qonşularının Bayramı evinin ətrafında tez-tez gördüyünü, xəbər ona çatınca, izləyib, məsələni aydınlaşdırmağa çalışdığını bildirib:

"8 illik evliyik. Arvadımın başqa bir kişi ilə münasibətinin olduğunu hiss etdim. Bizim qonşu kənddə yaşayan Bayram son bir neçə aydır tez-tez mənim yaxınlığımda dolanır, son zamanlar çox qarşıma çıxırdı. Şenay telefonunu koda qoymuşdu və hara getsə telefonunu özü ilə aparırdı. O səhər saat 07.25- radələrində işə getmək üçün evdən çıxdım. Bayram mənim qarşımdan maşını ilə keçdi. Mən də dərhal şübhələnərək dostum Turgay və arvadımın qardaşı Sezerə zəng edərək, mənim evimin yanına gəlməklərini istədim.

Arvadıma evə girməmişdən öncə zəng etdim. Telefonu açmadı. İkinci dəfə zəng edəndə cavab verdi. Nə olduğunu soruşdu. Xəstəxanaya gedəcəyimi söylədim. Evin qapısını döydüm. 5 dəqiqə keçsə də qapı açılmadı. Sonra arvadım qapını açdı. Əlimdə bir odun parçası vardı. Mən "Evdə kim var?" soruşdum. Arvadım "Heç kim yoxdur" dedi. Evi axtarmağa başladım. Ancaq heç kimi tapmadım. Bu an hamamdan çıxıb, qaçmağa başlayan Bayramı qapıda gördüm. Arvadımın qardaşı onu tutdu. Bayram qaçmağa çalışırdı. Bizə hücum edib, vurmağa başladı. Mən də əlimdəki odun parçası ilə bir neçə dəfə vurdum. Arvadıma əl qaldırmadım, Bayramdan və arvadımdan şikayətçiyəm".

Soner U.-nun arvadı Şenay U. isə "Bayram ilə səhər yeməyi yedikdən sonra ərim gəldi. Bayramı da məni də döydü. Şikayətçiyəm ondan" ifadələrini işlədib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    QQ · 13 Sentyabr 10:24142

    Deyen yoxdur ay........sən Bayramla niyə səhər yeməyi yeməlisən ki ??

    Cavab yaz
    • Anonim
      Leyla · 13 Sentyabr 11:07217

      Qadinda kiside xeyanete cagiriram

      Cavab yaz
      • Anonim
        Oxucu · 13 Sentyabr 16:5040

        Qız adıyla yazan qorxaq gədə, bəsdir dəə!

        Cavab yaz
      • Anonim
        asiye · 14 Sentyabr 04:5700

        Leyla xeyanetin sonu yoxdu kim ne edir ozune edir sene meslehetim ise psixoloqa get ozunu yoxlatdir axirin yaxshi gorunmur

        Cavab yaz
  • Anonim
    Serhci · 13 Sentyabr 11:1280

    Delixanadieee

    Cavab yaz
  • Anonim
    El qizi · 13 Sentyabr 19:5001

    Yene turkiye zehlem gedir de bulardan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.