Dünya

Salvadorun sabiq prezidentinə 10 il həbs

13 Sentyabr 2018 07:36
0 Şərh     Baxış: 192

Salvadorun sabiq prezidenti Antonio Saka korrupsiyaya görə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Amerika ölkəsinin prokurorluğu bildirib.

"Sabiq prezident Elias Antonio Saka pul və aktivlərin oğurlanması və yuyulmasına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq dövlət başçısı korrupsiya ilə bağlı cinayətə görə həbs edilən ilk sabiq prezident olub", - deyə bəyanatda bildirilir.

Saka 2016-cı ildə korrupsiya və dövlət vəsaitlərinin israf edilməsi ittihamı üzrə həbs olunub. O, 2004-2009-cu illərdə ölkə prezidenti olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.