Dünya

Koçaryan Paşinyanı diktator adlandırdı

13 Sentyabr 2018 08:43
0 Şərh     Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı diktator adlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Koçaryan "Yerevan Today" nəşrinə müsahibəsində xüsusi xidmət orqanları rəhbərlərinin telefon söhbətini məhkəmə sisteminə təzyiq kimi qiymətləndirərək barəsində qaldırılan cinayət işinin siyasi təqib olduğunu bildirib.

Paşinyanın siyasi rezonans doğura biləcək həbslərə görə məsuliyyət daşıması barədə dediklərini xatırladan sabiq prezident bu bəyanatı Paşinyanın diktator meyllərinin əlaməti hesab etdiyini vurğulayıb:

"İndi mən Ermənistan xalqını yeni diktator qazanması münasibəti ilə təbrik etməliyəm? Böyük şübhələrim var. Xalq anlamalıdır ki, baş verənlərin nəticələri Ermənistana baha başa gələcək. Baş nazir həbslərə görə məsuliyyəti üzərinə götürür, halbuki konstitusiyaya əsasən buna hüququ yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.