Dünya

İranın keçmiş vitse-prezidenti 6 il yarım azadlıqdan məhrum edildi

12 Sentyabr 2018 19:40
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşai 6 il yarım azadlıqdan məhrum edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, məhkəmə cəzanın 5 ilini ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı fəaliyyətə görə təyin edib.  

Sabiq vitse-prezident açıqlanmayan daha iki ittiham üzrə isə bir il və altı ay azadlıqdan məhrum olunub. 

Qeyd edək ki, həmin ittiham üzrə İranın eks-prezidenti Mahmud Əhmədinejatın mətbuat və ictimai əlaqələr üzrə müşaviri Əliəkbər Cavanfekr 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İsfəndiyar Rəhim Məşai 2005-2013-cü illərdə prezidentin müşaviri və vitse-prezident vəzifələrini tutub. O, 2018-ci ilin martında Mahmud Əhmədinejatın tərəfdarı Həmid Bakainin müdafiə etidiy üçün tutulub. H.Bakai dövlət əmlakının xərclənməsində sui-istifadəyə yol verdiyi üçün 15 il azadlıqdan məhrum olunub. Sentyabrın 11-də onun həbs müddəti daha 6 ay artırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.