Dünya

Tbilisidə etirazçılar və polis arasında qarşıdurma olub

11 Sentyabr 2018 22:04
0 Şərh     Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında etiraz aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaşanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, aksiyanın təşkilatçısı Zaza Saralidze və etirazçılar parlamentin qarşısındakı Rustaveli prospektini bağlamağa və çadırlar qurmağa cəhd ediblər. Polis onların bu cəhdinin qarşısını alıb.

Qarşıdurmadan sonra Z.Saralidzenin halı pisləşib və hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş məktəblilərdən birinin atası Z.Saralidze dünəndən etibarən parlamentin binası qarşısında hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirir. Aksiyaya Pankisidə ötən ilin sonunda keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də dəstək verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.