Dünya

Gürcüstan marixuana ixracına hazırlaşır

11 Sentyabr 2018 16:56
5 Şərh     Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə istehsalına icazə verilməsi məsələsi nəzərdən keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, bununla bağlı qanunvericiliyə düzəlişlər layihəsi hazırlanıb.

DİN qeyd edib ki, istənilən halda ölkə daxilində marixuananın satışı cinayət məsuliyyəti yaradır.

Yerli mətbuatın məlumatına görə, ölkədə marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq və lisenziya müsabiqə yolu ilə veriləcək.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.