Dünya

İranlılar Şekspirə görə həbs olundular

11 Sentyabr 2018 11:19
1 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda Uilyam Şekspirin "Yay gecəsi yuxu" pyesinin səhnələşdirilməsi səbəbindən iki teatr əməkdaşı həbs edilib.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı "Associated Press" məlumat yayıb.

Tamaşanın rejissoru Mariam Kazemi və menecer Səid Assadi sentyabrın 9-u saxlanılıb. Daha sonra onlar 24 min dollar qarşılığında azadlığa buraxılıb.

Onlar sosial şəbəkədə tamaşanın görüntülərinin yayılmasından sonra həbs olunublar. Kadrlarda kişilərlə birgə qadınların rəqs etməsi əks olunub.

İyulda 18 yaşlı iranlı gimnast həbs edilib. O, şəxsi yatağında rəqs etdiyi görüntüləri sosial şəbəkədə yayımladığı üçün saxlanılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İranlılar Şekspirə görə həbs olundu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.