Dünya

İran nüvə proqramını genişləndirmək qərarına gəlib

10 Sentyabr 2018 22:39
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda uranın zənginləşdirilməsi üçün sentrifuqun istehsalı üzrə yeni müəssisə açılıb.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi bildirib.

"İranın dini lideri, ayətullah Əli Xamneyinin sərəncamlarına əsasən sentrifuqların istehsalı üzrə müasir sex açılıb və o, çox yaxşı təchiz edilib", - deyə o bildirib. Təşkilatın rəhbəri müəssisənin gücü barədə təfərrüatları açıqlamayıb.

Salehi həmçinin bildirib ki, mütəxəssislər Tehranda tədqiqat reaktorunu tamamilə yenidən qurub. "İran Avropa ölkələrindən biri ilə reaktorun işinin daha da təkmilləşdirilməsi ilə bağlı böyük müqavilə imzalayıb", - deyə o bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, bütün bu addımlar İranın nüvə proqramına dair sazişi pozmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.