Dünya

Separatçıların baş naziri həlak oldu - TƏFƏRRÜATLAR

10 Sentyabr 2018 09:36
0 Şərh     Baxış: 2 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan ərazisi olan Abxaziyadakı separatçı rejimin "baş nazir"i Gennadi Qaquliya yol-nəqliyyat qəzasında həlak olub.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, qarşıdan gələn maşınla toqquşandan sonra Qaquliyanın olduğu avtomobil yol kənarına düşüb.

Qəza Qudauta rayonunda, Psou-Suxumi yolunda, Myusser polis postunun yaxınlığında baş verib.

"Baş prokuror" Daur Amiçbanın dediyinə görə, "baş nazir" qəzada həlak olub, mühafizəçi və sürücü isə ağır vəziyyətdə xəstəxanaya aparılıblar: "Qarşıdan gələn, qəzaya səbəb olan avtomobilin sürücüsü narkotik maddənin təsiri altında olub. O, həbs olunub. Cinayət işi açılıb, istintaq gedir".

Abxaziyadakı separatçı rejimin yaydığı bəyanata görə, Gennadi Qaquliya terror aktı yox, adi yol qəzası nəticəsində həlak olub.

G.Qaquliyanın olduğu maşın karvanında Abxaziyanın "prezident"inin avtomobili də vardı.

Abxaziyadakı separatçı rejimin "dövlət müstəqilliyi"ni yalnız Rusiya, Venesuela, Nikaraqua və Nauru tanıyıb.

BMT, ATƏT, AŞPA və ABŞ Abxaziyanı Gürcüstanın tərkib hissəsi hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.