Dünya

İraq səfiri yanğınla bağlı İran XİN-ə çağırıldı

8 Sentyabr 2018 15:45
1 Şərh     Baxış: 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Xarici İşlər Nazirliyi Bəsrədəki Baş konsulluqda ötən gün baş verən yanğınla bağlı İraq səfirini çağırıb və ona nota təqdim edib.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, notaya səbəb kimi İraq təhlükəsizlik qüvvələrinin cümə günü etirazçıların konsulluq binasını yandırmasının qarşısını almaqda səhlənkarlığı göstərilir.

Rəsmi Tehran baş verən hadisəni qəti şəkildə pisləyib və günahkarların tez bir zamanda cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, sentyabrın 7-də İranın Bəsrədəki Baş konsulluğunun binasının qarşısında etiraz aksiyası keçirilib. Etirazçılar konsulluğa hücum edərək binanı yandırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.