Dünya

"Toyota" Yaponiyadakı 16 zavodunun işini dayandırır

8 Sentyabr 2018 07:44
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın iri "Toyota Motor" avtokonserni sentyabrın 10-dan məhsullarının tədarükündə yarana biləcək problemlər səbəbindən ölkə ərazisindəki 18 zavodundan 16-nın işini dayandıracaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu qərar sentyabrın 5-dən 6-na keçən gecə Hokkaydo adasında baş vermiş 6,7 maqnitudalı güclü zəlzələnin fəsadları ilə bağlıdır.

Bildirilir ki, təbii fəlakət nəticəsində Tomakomai şəhərində şirkətin ötürücü qutu hazırlayan zovodunun elektrik enerjisi ilə təchizatı dayanıb. "Toyota Motor" bunun Yaponiyada avtomobil istehsalına təsirini qiymətləndirməyi planlaşdırır və sentyabrın 11-dən sonra müəssisələrin işinin bərpa olunması barədə qərar qəbul edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.