Dünya

İranda zəlzələ nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

7 Sentyabr 2018 22:26
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın cənub-şərqində baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətində İran Qırmızı Ayparasının rəhbəri Rəsul Raşki bildirib.

R.Raşki deyib: "Zəlzələ nəticəsində... İranşahr şəhərində 18 yaşlı qız həlak olub. Bundan əlavə, "afterşoklar" nəticəsində 2 nəfər xəsarət alıb, onlara tibbi yardım göstərilib".

Qeyd edək ki, bu gün "UTC" vaxtı ilə saat 06:23-də İranın cənub-şərqində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bam şəhərindən 126 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.