Dünya

ABŞ-ın neft ehtiyatları azalır

7 Sentyabr 2018 22:51
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın xam neft ehtiyatları azalır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 4,3 milyon barrel (1,1 faiz) azalaraq 401,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 2,6 milyon barrel geriləmişdi.

ABŞ-ın strateji neft ehtiyatları keçən həftə də dəyişməyərək 660 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 1,8 milyon barrel (0,8 faiz) artaraq 234,6 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,8 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 1,6 milyon barrel azalmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.