Dünya

Gürcüstanda 39 nəfər prezidentliyə namizədliyini irəli sürüb

7 Sentyabr 2018 20:04
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda 39 nəfər prezident seçkilərində namizəd kimi iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.

Onun sözlərinə görə, müraciət edənlərin 20 nəfəri təşəbbüs qrupu, yerdə qalan 19 nəfər isə siyasi partiyalar tərəfindən irəli sürülüb: "Bu günə qədər 39 nəfərin yalnız 4-nün prezidentliyə namizədliyi qeydə alınıb. Bunlar "Xalqın səsi" Birliyindən Mixail Saluaşvili, "Yeni Gürcüstan-Vətəndaş Platforması"ndan Zviad Baqdavadze, Leyboristlər Partiyasından Şalva Natelaşvili və "Avropalı Gürcüstan" Partiyasından David Bakradzedir".

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Prezidentliyə namizədliyini vermək istəyən şəxslər seçki gününə 40 gün qalmış MSK-ya ən azı 23 923 imza təqdim etməlidirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.