Dünya

Tehran sammitində İran, Türkiyə və Rusiya prezidentləri birgə bəyannamə qəbul etdi - YENİLƏNİB

7 Sentyabr 2018 17:35
0 Şərh     Baxış: 1 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:35

İranın paytaxtı Tehran şəhərində İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşündə birgə bəyannamə qəbul edilib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, hər üç ölkə Suriyada terrorçuluğa qarşı mübarizədə əlavə addımlar atmalıdır. Həmçinin H.Runani qeyd edib ki, terror problemi həll edildikdən sonra Suriyanın yeni konstitusiyası qəbul olunmalı, seçkilər keçirilməli, didərgin düşmüş əhali yurd-yuvalarına qayıtmalıdır.

---------

13:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya-İran üçtərəfli zirvə toplantısında iştirak etmək üçün Tehranda səfərdədir.

Milli.Az report-a istinadən xəbər verir ki, həmin toplantıda Suriyadakı, o cümlədən İdlibdəki vəziyyət müzakirə olunacaq.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanı bu səfərdə müdafiə naziri Hulusi Akar, maliyyə naziri Berat Albayrak və Prezident Administrasiyasının əlaqələr üzrə sədri Fahrettin Altun müşahidə edirlər.

Xatırladaq ki, sentyabrın 7-də Terhanda keçiriləcək görüşə Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani qatılacaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.