Dünya

Bitkoin kəskin ucuzlaşıb

7 Sentyabr 2018 07:43
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən populyar kriptovalyuta olan bitkoin kəskin ucuzlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 12,43% azalaraq 6,45 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, "Ethereum" 20% və ya 226,2 dollaradək, "Ripple" 14% (0,29 dollara qədər), "Bitcoin Cash" isə 20% (504,05 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 203 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.