Dünya

Polisin arvadı ilə sevgili çıxdı: NAMUS DAVASI ölümlə bitdi - VİDEO - FOTO

4 Sentyabr 2018 11:24
0 Şərh     Baxış: 7 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun Çekmeköy rayonunda küçə ortasında hərbçi ilə polis məmuru arasında baş verən silahlı qarşıdurmanın arxasından xəyanət çıxıb.
 
Milli.Az haberler-ə istinadən xəbər verir ki, dünən səhər saat 07:30 radələrində baş verən silahlı insident nəticəsində polis həyatını itirib, mərhumun arvadı və hərbçi isə yaralanıb. Olayın səbəbi isə təhlükəsizlik əməkdaşlarının araşdırması nəticəsində üzə çıxıb. 

Məlum olub ki, səhər həyat yoldaşı Deniz A. ilə birlikdə evdən çıxan polis məmuru Süleyman A. küçədə dayanan hərbiçi Aslan S. ilə qarşılaşıb.

Burada polis məmuru ilə hərbçi arasında mübahisə düşüb. Bu məqamda avtomobildə gözləyən polis məmurunun arvadı Deniz A. onalara yaxınlaşıb. Böyüyən mübahisə silahlı insidentlə nəticələnib. 

XƏYANƏT 

Polisin əldə etdiyi məlumatlara görə, hadisə xəyanət səbəbindən baş verib. İddialara görə, polisin arvadı ərinə hərbçi ilə xəyanət edirmiş. Qanlı olay da bu səbəbdən baş verib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Polisin arvadı ilə sevgili çıxdı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.