Dünya

"Küçələrimizdə irqçi istəmirik" - İsveç Alternativ Partiyası həddini aşdı

3 Sentyabr 2018 18:20
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə İsveç Üçün Alternativ Partiya gələn həftə keçiriləcək seçkilər ərəfəsində Halmstad şəhərində mitinq keçirdi.

Miqrantlar əleyhinə siyasəti ilə tanınan və İsveç Demokratlar Partiyasından istefa edərək müstəqil siyasət yürüdən Jeff Ahl mitinqdə çıxış edərək, İsveçdə yaşayan 500 min miqrantın evlərinə getmə vaxtının çatdığını söylədi, bunun baş verməsi üçün seçiciləri İsveç Üçün Alternativ Partiyaya səs verməyə çağırdı.

Polisin geniş təhlükəsizlik tədbirləri gördüyü mitinqdə 150 qədər insan: "Küçələrimizdə irqçi istəmirik" şüarını səsləndirdi.

Digər tərəfdən, mitinq sahəsində hava limanında uçuşlar üçün verilən anonslara bənzər tərzdə məzmunu dəyişdirilmiş bir anons edildi. Anonsda: "Türkiyə, Əfqanıstan, İraq, Suriya, Rumıniya, Somali, Özbəkistan, Mərakeş və Eritreyaya gedəcək təyyarələr qalxmaq üzrədir. Bir daha gəlməmək şərtilə miqrantlar bu təyyarələrə minsinlər və İsveçi tərk etsinlər" ifadələri işlədildi.

Ölkədə sentyabrın 9-də keçiriləcək parlament və bələdiyyə seçkiləri ilə bağlı aparılan sorğularda İsveç Üçün Alternativ Partiyanın toplayacağı səs ümumi səslərin 2 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.