Dünya

Marqvelaşvili növbəti prezident seçkilərinə qatılmayacaq

31 Avqust 2018 20:04
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili bu il oktyabrın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı qərarını açıqlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, G.Marqvelaşvili prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

Dövlət başçısı deyib ki, seçkilərdə iştirak etməsə də, Gürcüstana başqa formada xidmət etməkdə davam edəcək.

Qeyd edək ki, G.Marqvelaşvili 2013-cü ilin oktyabrında Gürcüstan prezidenti seçilib.

Onu da qeyd edək ki, prezidentliyə indiyədək 35 nəfərin namizədliyi irəli sürülüb. Amma hələlik yalnız 3 nəfərin namizədliyi qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.