Dünya

Rusiya ABŞ-ın yeni sanksiya niyyətinə cavab verib

21 Avqust 2018 23:56
1 Şərh     Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ABŞ-ın yeni sanksiyaları tətbiq etmək niyyətinə münasibət bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ölkəsi sanksiyalara cavab verib və verəcək:

"Elə cavab verəcəyik ki, öz maraqlarımıza zərər vurmasın. Amerikalıların ikitərəfli və beynəlxalq problemlərin həlli ilə bağlı kütbeyin və aqressiv yanaşmasına sakit, metodik işlə cavab verəcəyik".

O qeyd edib ki, Vaşinqtonun saxta bəhanələrlə Rusiyaya qarşı sanksiyaları tətbiq etməsi mövzusuna daim müraciət etmək axmaq ənənəyə çevrilib. Ryabkov bildirib ki, amerikalılar sanksiyalara əsas kimi guya Rusiyanın Şimali Koreyaya neft məhsullarının ixracına dair qadağanı pozması və "kiberhücumları" götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.