Dünya

Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin rəhbəri seçilib

21 Avqust 2018 23:29
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təklifi ilə Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti, "Space" televiziya kanalının prezidenti Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin rəhbəri seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.

İlk dəfə 2016-cı ildə təşkil edilən festivala "5 ölkə, 7 şəhər, 1 festival" devizi ilə start verilib. Ötən il festivalın əhatə dairəsi bir qədər genişlənərək 6 ölkəyə və 13 şəhərə çatıb. Bu il isə Türk Dünyası Sənədli Filmlər Festivalında 7 ölkənin iştirakı nəzərdə tutulur və artıq film seçimi başlayıb.

Festival 2018-ci il oktyabrın 2-dən noyabrın 10-dək davam edəcək.

Oktyabrın 12-dən 13-dək festivalda fərqlənən filmlərin Bakıda nümayişi keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.