Dünya

Məktəbli qız bacısı oğlunu boğaraq öldürdü, cəsədi otaqdakı dolabda gizlətdi...

20 Avqust 2018 11:34
1 Şərh     Baxış: 4 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da məktəbli qız onunla oynamasını istəyən bacısı oğlunu öldürüb.

Milli.Az ABC7 Denver-ə istinadən bildirir ki, 16 yaşlı Cenni Bansom 7 yaşlı Cordan Vonqu qətlə yetirdiyinə görə həbs olunub.

Bansomla Vonq bir yerdə yaşayırdılar.

"Rəfiqəmlə dalaşdığım üçün əhvalım pis idi. Bu zaman bacım oğlu otağıma girdi və videooyun oynamaq istədiyini dedi. Ona "yox" söylədim. Cordan da çarpayıma uzandı. Onu itələdim, üzünə şapalaq vurdum. Cordan ağlamağa başladı", - Cenni Bansom söyləyib.

Cenni əlini Cordanın üzünə qoyaraq onun ağzını və burnunu sıxıb. Boğulmağa başlayan Cordan bir neçə dəqiqə müqavimət göstərəndən sonra keçinib.

Cenni uşağın cəsədini çarpayının altına gizlədəndən sonra rəfiqəsinə zəng vurub, "Bacım oğlunu öldürdüm" deyib.

Rəfiqəsi də cəsədi adyala büküb otaqdakı dolabda gizlətməyi məsləhət görüb.

Cenni Bansom belə də edib.

6 yaşlı Cordanın meyiti ertəsi gün aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.