Dünya

Kruiz gəmisindən suya düşən britaniyalı qadın 10 saat açıq dənizdə qaldı - FOTO

20 Avqust 2018 09:17
0 Şərh     Baxış: 1 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya sakini "Norwegian Star" kruiz gəmisindən suya düşdükdən sonra 10 saat Adriatik dənizində üzüb.

Milli.Az bildirir ki, Report-un "The Sun" nəşrinə istinadən verdiyi xəbərə görə, gəmi Varqalora limanından Venetsiyaya üzürmüş.

Qadın göyərtədən suya Xorvatiya sahillərindən təqribən 95 km aralıda yıxılıb. Onu ölkənin sahil mühafizəsinin əməkdaşları düşdüyü yerdən 1300 metr aralıda tapıblar.

46 yaşlı Key Lonqstaff Xorvatiyanın Pula şəhər xəstəxanasına aparılıb. Tibbi müayinədən sonra qadın evə buraxılıb.

Hazırda Xorvatiya hökuməti turist qadının suya qəsdən və ya təsadüfən düşdüyünü müəyyən etmək üçün videomüşahidə kameralarının qeydlərini nəzərdən keçirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.