Dünya

Bu ölkədə minimal əmək haqqı 60 dəfə artacaq

20 Avqust 2018 08:26
0 Şərh     Baxış: 5 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelada 60 dəfər artırılan minimal əmək haqqının verilməsi sentyabr ayından başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın prezidenti Nikolas Maduro öz çıxışında bildirib.

N.Maduro bildirib: "Sentyabın 1-dən başlayaraq yeni minimal əmək haqqının verilməsi başlayacaq, həmçinin 600 bolivar əlavə bonus ödəniləcək".

Qeyd edək ki, avqustun 17-si Nikola Maduro ölkədə minimal əmək haqqının "petro" kriptovalyutasına bağlandğını bəyan edib. Minimal əmək haqqı bir "petro"nun yarı qiymətini və ya 1,8 min yeni bolivar təşkil edəcək. Bu isə minimal əmək haqqının birdən-birə 60 dəfə artması deməkdir. Hazırda Venesuelada minimal əmək haqqı 3 milyon bolivar təşkil edir (30 yeni bolivar).

Avqustun 20-dən Venesuelada yeni pul dövriyəyə buraxılır - köhnə bolivarın üzərindən 5 sıfır yığışdırılacaq və ən böyük əskinas 500 yeni bolivar olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.