Dünya

Almaniya Trampın istəyinə görə Rusiya qazından imtina etməyəcək

19 Avqust 2018 13:16
1 Şərh     Baxış: 1 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Rusiyadan qaz idxalını dayandırmayacağını açıqlayıb.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ötən günlərdə ABŞ prezidenti Donald Tramp Almaniyanı "Şimal axını 2" layihəsinə görə tənqid etmiş, rus qazına milyardlarla dollar ödəməkdə və yeni boru xətti inşasını planlaşdırmaqda ittiham etmişdi.
 
Almaniya Sosial Demokrat Partiyasının baş katibi Andrea Nahles məsələ ilə bağlı açıqlama verərək ölkənin enerji siyasəti ilə əlaqədar razılaşmalardan ABŞ prezidentinin istəyinə görə əl çəkməyəcəklərini deyib.

Qeyd edək ki, ABŞ layihə əleyhinə olduğunu dilə gətirmiş, ABŞ qazını Avropaya satacağını demişdi. "Şimal axını 2" Baltik dənizi boyunca 55 milyard kubmetr potensiala sahib 2 hissəli boru xəttinin inşasını nəzərdə tutur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.