Dünya

Ərdoğan Türkiyə tarixində ən böyük layihədən danışdı - BOSFOR boğazına alternativ yaradılacaq

19 Avqust 2018 13:10
2 Şərh     Baxış: 2 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə tərəfi "Bosfor" boğazına alternativ olacaq "İstanbul" kanalının ikintisi üzrində iş aparır.

Milli.Az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib. 

"Yeni su arteriyasının uzunluğu 43 km təşkil edəcək. Kanalın hər iki tərəfində iki yeni şəhər salınacaq. Bu, Türkiyə tarixində ölkə üçün strateji əhəmiyyət daşıyan ən böyük layihədir. Biz onun həyata keçirilməsinə hazırıq", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Ərdoğan AKP-nin Ankara İdman Salonunda keçirilən VI qurultayında partiyanın sədrliyinə tək namizəd olub. Qurultayda iştirak edən 1457 nümayəndədən 1381-i səsvermədə iştirak edib. Onlardan 1380-i Ərdoğanın lehinə səs verib, 1 səs isə etibarsız sayılıb.

Beləliklə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının sədri seçilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.