Dünya

Xəstəxanada 16 tibb bacısı eyni vaxtda hamilə qaldı – VİDEO

19 Avqust 2018 12:44
6 Şərh     Baxış: 5 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Arizona ştatında 16 tibb bacısı hamilə qaldığını elan ediblər, CNN xəbər verir.

Milli.Az bildirir ki, xəstəxana əməkdaşları iddia edirlər ki, eyni vaxtda ana olmaq barədə əvvəlcədən razılığa gəlməyiblər, oxu.az məlumat yayıb.

Bütün tibb bacılarında doğuş 2018-ci ilin oktyabrından 2019-cu ilin yanvarınadək baş tutmalıdır. Onların hamısı 12 həftəlik dekret məzuniyyətinə göndəriləcək. Xəstəxana administrasiyasından eyni vaxtda bu qədər işçinin məzuniyyətə göndəriləcəyinə qabaqcadan hazırlaşdıqlarını bildiriblər.

Bundan başqa, hamiləlik dövründə tibb bacılarını bir neçə öhdəlikdən azad ediblər: onlara kimyəvi terapiya aparmaq və vərəm xəstələri ilə işləmək qadağan olunub.

Qadınların sözlərinə görə, yeməkxanaya birgə getməyi xoşlayırlar. Hamilə əməkdaşlar üçün kafedə menyunu genişləndirərək, ora duzlu xiyar və zeytun əlavə ediblər.

Videonu izləmək üçün şəklə klikləyin:
Xəstəxanada 16 tibb bacısı eyni vaxtda hamilə qaldı

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.