Dünya

Nikolayev bazarlarında üç azərbaycanlı qanunsuz miqrant aşkarlandı - FOTO

18 Avqust 2018 22:02
1 Şərh     Baxış: 1 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna polisləri ölkənin Nikolayev vilayətinin bazarlarında Ukrayna ərazisində yaşamaq üçün sənədləri olmayan üç Azərbaycan vətəndaşı tapıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, polislər Nikolayevin iki rayonunda miqrasiya qanunvericiliyinə əməl olunduğunu yoxlamaq məqsədilə "Miqrant" əməliyyatı keçiriblər.

Bildirilir ki, azərbaycanlılar Ukrayna miqrasiya xidmətinin Nikolayev vilayəti üzrə nümayəndələrinə təhvil verilib və inzibati məsuliyyətə cəlb olunublar.

Saxlanılanlar Ukrayna ərazisindən deportasiya olunacaq. Onları həmçinin 1700 qriven (61 manat) cərimələyiblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.