Dünya

İngiltərəli investorlar Türkiyədə əmlak ovuna çıxdı

18 Avqust 2018 18:42
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk lirəsinin son günlər dollar və funt sterlinq qarşısında dəyər itirməsi, Türkiyəyə investisiya yatırmaq istəyənlərin sayını artırıb.

Milli.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzetində yayımlanan məqalədə bildirilir.

Məqaləyə görə, lirənin dəyər itiməsindən sonra ingiltərəli investorlar Türkiyəyə axın edir.

Bir ay əvvəl 55 min funt sterliq dəyərində olan evlər artıq 37 min sterlinqə təklif edilir. Ötən ilin bu vaxtı 1 fund sterlinq 4.5 lirəyə bərabər idisə, bu gün 6.3 lirədir.

Məqalədə vurğulanır ki, son bir həftə ərzində həmçinin Yaxın Şərq ölkələrindən olan investorların da Türkiyəyə axın edir. Almaniya və eləcə də digər ölkələrdə yaşayan türklər də bu fürsətdən yararlanıb ölkələrinə investisiya yatırırlar.

Xəbərdə ölkənin Bodrum və Marmaris kimi bölgələrinə yay tətili üçün gələnlərin də sayında sürətli artm olduğu vurğulanır.

Türkiyədə daşınmaz əmlak satışı saytının sahibi Cameron Deggin bazarın çox aktiv olduğunu vurğulayıb.

"Adi gündə 50 nəfər sayta daxil olurdusa, bu gün onların sayı 2500 nəfərə çatıb. Son bir neçə gündə rəqəmlər iki qat artır". /publika.az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.