Dünya

Köçəryan açıq siyasətə qayıdır? - Paşinyana qarşı proses... - Politoloq

18 Avqust 2018 17:10
1 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Köçəryanın reytinqi aşağıdır, ona görə də onun siyasətə qayıtmasının mənası yoxdur.

Milli.Az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanın eks-prezidentinin birbaşa siyasətə qayıdacağına inanmadığını bildirib:

"Köçəryanın Ermənistanla bağlı məqsədləri tamamilə başqadır. O həmişə Ermənistanda müxtəlif siyasi layihələri və partiyaları dəstəkləyib. Köçəryan xüsusilə də erməni oliqarx Qagik Çarukyanla birgə fəaliyyət göstərib və digər bir sıra siyasətçilərə dəstəkləyib. Çox güman ki, o bu işini davam etdirəcək və hansısa müxalif partiyaları dəstəkləyəcək. Çünki Köçəryanın əsas məqsədi Paşinyanı devirmək və öz mövqelərini möhkəmləndirməkdir".

Politoloq bu prosesin payızda baş tuta biləcəyini bildirib:

"Çünki həmin vaxt parlament öz işinə başlayacaq, cari siyasi və iqtisadi məsələlər nəzərdən keçiriləcək. Yeni siyasi mövsümün başlanmasının ilk həftələrində Köçəryan hansısa siyasi partiyalar vasitəsilə öz mövqelərini daxili siyasətdə möhkəmləndirə və bununla da Paşinyanın dəstək bazasını azalda bilər".

Qeyd edək ki, yenicə həbsdən çıxan Ermənistan eks-prezidenti Robert Köçəryan siyasətə qayıdacağını bəyan edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.