Dünya

AKP binasına hücum edilib: Şübhəli şəxs saxlanıldı

18 Avqust 2018 15:12
0 Şərh     Baxış: 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Əskişəhər bölgəsinin Mahmudiyə mahalında hakim Ədalət və İnkişaf Partiyasının mahal idarəsinin binasına hücum edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, gecə saatlarında naməlum şəxs partiya binasına yaxınlaşaraq, daş atmağa başlayıb.

Cinayətkar partiya binasının pəncərələrinə zərər vurub. Hadisə yerinə gələn polis əməkdaşları sözügedən şəxsin eyni zamanda MHP-dən olan keçmiş mahal sədrinin evinə də hücum etdiyini öyrənib.

Cinayətkar saxlanılıb, hazırda dindirilməsi istiqamətində iş aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.