Dünya

Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları olan avtomobil tapıldı - Genuya dəhşəti

18 Avqust 2018 11:02
0 Şərh     Baxış: 2 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 14-də İtaliyanın Genuya şəhərində avtomobil körpüsünün dağılması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ərazidə axtarış-xilasetmə işlərini davam etdirən işçilər bildiriblər.

Dağıntılar altında içində bir ailə - ata, ana və 9 yaşlı oğulları olan avtomobil tapılıb.

Bundan əvvəl hadisə nəticəsində 38 nəfərin həlak olduğu deyilirdi. İki nəfər itkin düşmüş hesab edilir.

Hazırda 10 yaralı xəstəxanadadır, onlardan 9-nun vəziyyətin ağırdır.

Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə ümummilli matəm elan olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.