Dünya

Türkiyədə ilahiyyatçıların savaşı: 5 ölü

18 Avqust 2018 08:43
1 Şərh     Baxış: 1 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Ərzincan əyaləti Tərcan şəhərinin müftiliyində baş vermiş atışma nəticəsində 5 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, avqustun 17-də müftinin ofisində keçirilən iclas zamanı meydana gələn söz savaşının yekunu olaraq F.A. otaqda olanlara tapançadan xaotik atəş açıb.

Hadisə yerində 2 nəfər, o cümlədən müftinin müavini həlak olub. Daha 5 nəfər yaralanıb.

Onların sırasında özünü öldürməyə cəhd edən F.A. da olub.

Yaralılar xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə rəğmən yaralılardan üçü, o cümlədən hadisəni törədən F.A dünyasını dəyişib. Digər 2 yaralının da vəziyyəti olduqca ağırdır.

Prokurorluq araşdırmaya başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.