Dünya

VİRUS VAR: Səudiyyə Ərəbistanı Rusiyadan quş əti və yumurta idxalını dayandırdı

17 Avqust 2018 15:56
0 Şərh     Baxış: 1 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı Rusiyadan quş əti və yumurta idxalını müvəqqəti olaraq dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərara Rusiyanı bəzi vilayətlərdində H5 quş qripi virusunun aşkar edilməsi səbəb olub.

Qeyd olunur ki, bu qərar Ümumdünya Heyvanların Sağlamlığının Mühafizəsi Təşkilatının hesabatına əsasən verilib. Təşkilatın hesabatında qeyd olunub ki, Rusiyanın Rostov, Kostroma, Penza vilayətlərində quş qripi aşkar edilib.

İdxal qadağasının müddətləri barədə məlumat verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.