Dünya

Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürüb

17 Avqust 2018 09:13
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boliviyanın La-Pas şəhərində mikroavtobus festivala hazırlaşan rəqqasların üzərinə çıxıb. Hadisə nəticəsində 7 nəfər ölüb.

Milli.Az xəbər verir ki, bununla belə, təşkilatçılar tədbiri təxirə salmamaq qərarına gəliblər. Bu barədə Report RİA "Novosti"yə istinadən məlumat yayıb.

Yol Hərəkəti Departamentinin rəhbəri Xose Kaviades bildirib ki, qəza maşında yaranan mexaniki nasazlıq səbəbindən baş verib, sürücü hadisə yerindən qaçıb.

Rəqqaslardan 3-ü qəza yerində, daha 4-ü isə xəstəxanada keçinib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.