Dünya

İraq aviasiyası İŞİD-in Suriyadakı operativ qərargahını məhv edib

17 Avqust 2018 08:37
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraq HHQ İŞİD terror qruplaşmasının Suriya ərazisində yerləşən operativ qərargahını məhv edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin birgə əməliyyatlar komandanlığının bəyanatında bildirilir.

Bəyanatda deyilir: "İraq HHQ-nin "F-16" qırıcıları baş nazir Heydər əl-Abadinin əmri ilə Suriya ərazisində hava əməliyyatı həyata keçiriblər. Hava zərbələrinin hədəfi İŞİD terror qruplaşmasının operativ qərargahı olub. Qərargah məhv edilib".

Məlumata əsasən, hava zərbələri zamanı məhv edilən terrorçular yaxın günlərdə İraq ərazisində terror aktları planlaşdırırmışlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.