Dünya

Beş Xəzəryanı ölkənin prezidentlərinə "Caspian Energy Award" mükafatı təqdim olunacaq - FOTO

16 Avqust 2018 16:00
Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Caspian Energy" və "Caspian European Club" "Xəzərdə siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafına verdiyi xüsusi töhfələrə görə" nominasiyasında beş Xəzəryanı ölkənin prezidentlərinə beynəlxalq "Caspian Energy Award-2018" mükafatı təqdim edəcəklər.

Milli.Az bildirir ki, bu barədə Trend-ə "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

T.Əliyev qeyd edib ki, bu mükafat tarixi sənədə - Xəzərin hüquqi statusu üzrə Konvensiyaya imza atmış beş Xəzəryanı ölkənin prezidentlərinə təqdim olunacaq.

Baş icraçı direktor həmçinin əlavə edib ki, beynəlxalq mükafatın prezidentlərə fərdi qaydada təqdim olunması ilə bağlı daha sonra ətraflı məlumat veriləcək:

"Beynəlxalq "Caspian Energy Award" mükafatının statueti yuxarı hissəsində bir əlin beş barmağının - bərabər paylanmış 5 dövlətin təsvir olunduğu neft fontanını simvolizə edir. Şərti olaraq ələ bənzədilmiş statuetin mərkəzində isə eyni taleli beş Xəzəryani dövləti bir-birinə bağlayan Xəzər dənizi təsvir olunub".

T.Əliyevin sözlərinə görə, "Caspian Energy Award" mükafatı Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadi inkişafına və biznes cəmiyyətinə inteqrasiyasına töhfə vermiş dünya liderləri layiq görülür və beynəlxalq biznesin fəallığına, dünya arenasında yüksək nüfuza, investisiya cazibədarlığının əks olunmasına, region dövlətlərinin iqtisadiyyatının açıqlığına xidmət edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.