Dünya

Cavab atəşi: Rusiya ən sürətli və qorxunc bombardmançısını göstərdi - FOTO

16 Avqust 2018 15:06
2 Şərh     Baxış: 5 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kazan şəhərindəki S.P.Qorbunov adına aviasiya zavodunda yeni TU-22M3M təyyarəsinin təqdimat mərasimi keçirilib.

Milli.Az TASS-a istinadən bildirir ki, hazırda Rusiyanın Hava-Kosmik Qüvvələrinin (HKQ) heyətində olan, dəyişən oxformalı qanadlı Tu-22M3 raketdaşıyıcı-bombardmançı təyyarənin modernləşmiş modelinin ilk uçuşu sentyabr ayında olacaq. Rusiyanın HKQ-sinə ilkin mərhələdə 30 Tu-22M3M veriləcək.

Bu təyyarələr sutkanın istənilən vaxtında, istənilən meteoşəraitdə yerüstü və dəniz hədəflərinin səsdən sürətli, idarə olunan raket və bombalarla vurulması üçün nəzərdə tutulub.

TU-22M3M nüvə silahı da daşıya bilir.

Hazırda Rusiyanın HKN-ində 60 Tu-22M3 və Tu-22MR təyyarəsi var.

Tu-22M3 Əfqanıstanda, 2008-ci ildə Cənubi Osetiyadakı hərbi əməliyyatlarda, daha sonra isə Suriyada terrorçuların obyektlərinin vurulmasında istifadə olunub.

Təyyarənin uzunluğu 42,46 metr, maksimal uçuş sürəti 2000 km/saat, taktiki fəaliyyət radiusu - 2200 km, maksimal uçuş yüksəkliyi - 14000 metr, praktiki uçuş uzunluğu məsafəsi - 7000 km, heyəti - 4 nəfər, daşıya biləcəyi döyüş yükü - 24 tondur.

Təyyarə iki lüləli, 23 mm çaplı QŞ-23L topu (750 mərmi), idarə olunan və aeroballistik raketlər, müxtəlif tipli dəniz minaları ilə silahlandırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.