Dünya

ABŞ Prezidenti hücum taktikasına keçdi: Obamanın gizli direktivi

16 Avqust 2018 13:56
Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp ölkənin düşmənlərinə qarşı kibersilahların tətbiq edilməsi barədə eks-prezident Barak Obamının gizli direktivini ləğv etməyə qərar verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu iddia ilə "Vol Strit Jurnal" çıxış edib.

Mənbənin məlumatına görə, belə bir direktivin ləğv edilməsi kiber hücumlara məhdudiyyətlərin zəifləməsinə səbəb olacaq və bu addım "irəliyə doğru hücum addımı" kimi qiymətləndirilməlidir. Həmçinin sözügedən direktivin ləğvi hərbi əməliyyatlara dəstək xarakteri daşıyacaq və əqli mülkiyyətin oğurlanması, seçkilərə müdaxilə kimi halların qarşısını alacaq.

Xatırladaq ki, sözügedən sənəd barədə ilk dəfə 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətlərinin fəaliyyəti haqqında materialları yaymasından sonra məlum olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.