Dünya

Almaniya hökuməti "üçüncü cinsi" qanuniləşdirib

15 Avqust 2018 20:24
2 Şərh     Baxış: 1 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya hökuməti vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına üçüncü cinsin daxil edilməsi barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni qərara əsasən "kişi" və "qadın" cinsləri ilə yanaşı "aralıq" (interseksual) cins qeydiyyata alınacaq.

Qərarın Almaniya parlamentində müzakirə olunacağı bildirilib.

Qeyd edək ki, hazırda Avstriya, Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada, Hindistan, Pakistan və Nepalda üçüncü cins tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.